Yəhudi xəbər portalının dəstəyi ilə yaradılmış xüsusi layihə · Biz Azərbaycanı — Vətənimizi, onun insanlarını, mədəniyyətini, tarixini və bənzərsiz rəngarəngliyini səmimi qəlbdən sevirik.
Azərbaycan Üzgüçülük Federasiyası
AZRUEN
İdman növləri

Azərbaycan Üzgüçülük Federasiyası

İdman növləri

Üzgüçülük, suya tullanma, bədii üzgüçülük, su polosu və açıq suda üzgüçülük — beşi də federasiyanın məsuliyyətindədir.

Üzgüçülük

Üzgüçülük

Üzgüçülük

Üzgüçülük — beynəlxalq standartlara uyğun ölçüsü olan (50 metr, 8 cığır) hovuzlarda bədənin qulac və ayaq hərəkətlərindən başqa heç bir kömək almadan, hər yarışçının öz cığırında keçirilən yarışdır.

Sərbəst, arxa üstə, kəpənək və qurbağa üsullarının hər biri ayrılıqda və ya dördü birlikdə (kompleks üzgüçülük) 50, 100, 200, 400, 800 və 1500 metr məsafələrdə, fərdi və estafet şəklində keçirilir.

Suya tullanma

Suya tullanma

Suya tullanma

Suya tullanma müəyyən yüksəklikdən atlayıb havada estetik hərəkətlər etdikdən sonra suya dimdik girməyə əsaslanan idman növüdür.

Tramplindən atlanma 1 və ya 3 metr yüksəklikdəki elastik sıçrayış taxtasından, qüllədən atlanma isə 5, 7,5 və 10 metr platformalardan icra olunur. Növ Olimpiya proqramına daxildir.

Bədii üzgüçülük

Bədii üzgüçülük

Bədii üzgüçülük

Bədii üzgüçülükdə idmançılar musiqi sədaları altında suyun altında və üstündə proqramlar nümayiş etdirir, hakimlərin xalları uğrunda mübarizə aparırlar.

World Aquatics qaydalarına uyğun olaraq məcburi proqram yarışları üçün uzunluğu 10 və eni 3 metr olan iki zonadan istifadə edilir. Növ Olimpiya Oyunları proqramındadır.

Su polosu

Su polosu

Su polosu

Su polosu hovuzda iki komanda arasında topla keçirilən oyundur. Komanda 6 oyunçu və 1 qapıçıdan ibarətdir, əvəzedicilər də olur.

Oyun dörd hissədən ibarətdir, hər hissə 8 dəqiqə davam edir; rəqib qapısına daha çox top vuran komanda qalib sayılır. Su polosu Olimpiya proqramına daxildir.

Açıq suda üzgüçülük

Açıq suda üzgüçülük

Açıq suda üzgüçülük

Açıq suda üzgüçülük 200 metrdən uzun məsafələr üçün təbii hövzələrdə nəzərdə tutulub. Rəsmi məsafələr 5, 10 və 25 kilometrdir, 150 km-lik marafonlar da məlumdur.

Üzgüçülər məsafə boyu üsulları dəyişə, suda dayaqsız qalaraq qidalana bilərlər. Azərbaycanda bu növ Xəzərdə və Kür çayında keçirilən kütləvi yarışlarla təmsil olunur.

Federasiya hər beş növ üzrə milli komandaların formalaşdırılmasına, təlim-məşq toplanışlarına, beynəlxalq yarışlarda iştiraka, həmçinin məşqçi və hakimlərin sertifikasiyasına cavabdehdir. Milli komandalar

Növbəti — milli komanda →